Ukrayna öz ballistik raketinin kütləvi istehsalına başlayır
“Ukrayna “Sapsan” raket kompleksinin kütləvi istehsalına keçir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının akademiki Vladimir Qorbulin “BBC News Ukrayna”ya müsahibəsində deyib.
“Raket güclü döyüş başlığına malikdir – 480 kq və bu, faktiki olaraq “İskəndər”in surətidir. Amma əminəm ki, zaman keçdikcə raketimiz daha da yaxşı olacaq, çünki müstəqil işlə paralel olaraq, hərbi-texniki əməkdaşlıq məsələsi də var”, - deyə akademik əlavə edib.
Onun sözlərinə görə, “Sapsan” raket kompleksinin yaxşı perspektivi var. “Ümumiyyətlə, mənim fikrimcə, ciddi raket nailiyyətləri olmadan Rusiya ilə müharibədə qalib gəlmək qeyri-mümkündür”, - deyə Qorbulin yekunlaşdırıb.
Xatirə SADİQ