Trampın davranışı ukraynalı məmurları hiddətləndirib
ABŞ prezidenti Donald Tramp G7 sammitini tərk edəndə ukraynalı diplomatlar məyus olub, bəziləri isə qəzəblənib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşr xatırladıb ki, məhz G7 sammiti çərçivəsində Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməli idi.
İndi bəzi ukraynalı məmurlar prezident Zelenskinin gələn həftə Haaqada keçiriləcək NATO sammitində iştirak etməsinin zəruriliyinə əmin olmadıqlarını bildiriblər. Çünki ABŞ prezidenti Donald Trampın Haaqaya gələcəyinə heç bir təminat yoxdur.
Bundan başqa, ABŞ-nin sammitdə Ukrayna ilə bağlı məsələdə davranışı da Kiyevə təsir edib. Belə ki, ABŞ sammitdə Ukrayna ilə bağlı qəbul edilən birgə bəyanata veto qoydu və bu addımını ifadələrin çox anti-Rusiya olduğuı və Putinlə danışıqlara təhlükə yarada biləcəyi ilə izah etdi.
Xatirə SADİQ