"Uranın zənginləşdirilməsini dayandırmışıq" - İran XİN-dən etiraf

ABŞ-ın hava zərbələrindən sonra İranda uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb.

Jul 22, 2025 - 01:11
"Uranın zənginləşdirilməsini dayandırmışıq" - İran XİN-dən etiraf

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda zənginləşdirmə dayandırılıb,çünki dağıntılar çox ciddi və ağırdır. Lakin aydındır ki, biz bu prosesi tamamilə dayandıra bilmərik. Bu, bizim alimlərimizin nailiyyətidir və bundan sonra artıq milli qürur məsələsinə çevrilib”, – deyə nazir vurğulayıb.