“Yəqin ki, Kirkin qatili olan adam yaxalanıb” – Trampdan qəribə iddia 

Məşhur podkaster Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin artıq həbsdə olması “ehtimalı yüksəkdir”. 

Sep 12, 2025 - 17:27
“Yəqin ki, Kirkin qatili olan adam yaxalanıb” – Trampdan qəribə iddia 

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.

Tramp həmçinin günahkarın ölüm cəzasına layiq olduğunu bildirib və şübhəlinin “ona çox yaxın olan biri” tərəfindən satıldığını vurğulayıb. ABŞ prezidenti məhbusun adını açıqlamayıb.

"The Charlie Kirk Show" adlı məşhur podkast və radio proqramının aparıcısı olmuş 31 yaşlı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetinin kampusunda çıxış edərkən güllələnib. 

11 sentyabr hadisəsinin 24-cü ildönümü ilə əlaqədar Pentaqonda keçirilən anım tədbirində çıxış edərkən Tramp bildirib ki, Kirkə ölümündən sonra Prezidentin Azadlıq Medalı ilə təltif ediləcək. Bu, ABŞ-da dövlət başçısı tərəfindən verilən iki ən yüksək mülki mükafatdan biridir.

Xatirə SADİQ