Prezidentin əlindən tutduğu o qızcığaz kimdir? - Hamı bu fotodan danışır

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Sep 27, 2025 - 15:15
Prezidentin əlindən tutduğu o qızcığaz kimdir? - Hamı bu fotodan danışır

SAVASHMEDİA.az xəbər verir ki, Prezidentin açılışda Gəncə terrorunda ata və anasını itirən Nilayla çəkilmiş fotosu böyük marağa səbəb olub.

Həmin vaxt 1 yaş 10 aylıq olan Nilay terror zamanı atası və anası ilə yanaşı nənəsini də itirmişdi.

Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oğuz