Putini dəli edəcək ikicə kəlmə

Polşanın xarici işlər naziri Radoslav Sikorski X hesabında bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın çıxış etdiyi videonu paylaşıb.

Sep 27, 2025 - 14:47
Putini dəli edəcək ikicə kəlmə

SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp həmin çıxışında bildirib ki, onun fikrincə, NATO ölkələri öz hava məkanına daxil olan rus təyyarələrini vurmalıdır.

Sikorski isə paylaşımın üzərinə cəmi iki söz yazıb: “Qəbul edildi”.

Nəticədə bu paylaşım onun hesabında ən məşhurlardan birinə çevrilərək 2,3 milyon baxış toplayıb.