Respublikaşı konqresmen Ukraynanın cəhbə xəttinə gedəcək

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsini dəstəkləyən respublikaçı konqresmen Brayan Fitspatriklə görüşüb. 

Apr 18, 2025 - 12:40
Respublikaşı konqresmen Ukraynanın cəhbə xəttinə gedəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti və amerikalı konqresmen “X” platformasında məlumat və video paylaşıb.

Brayan Fitspatrik deyib ki, Türkiyəyə və Polşaya səfər etdikdən sonra Ukraynanı ziyarət etmək qərarına gəlib.
 
“Bu gün biz cəbhə xəttinə gedirik. Bu gün də, sabah da orada olacağıq”, - deyə konqresmen əlavə edib. 

Zelenski ölkəsinə göstərdiyi dəstəyə görə Birləşmiş Ştatlara, o cümlədən cəbhədə ukraynalı hərbçilərlə görüşmək istəyindən dolayı şəxsən Fitspatrikə təşəkkür edib. “Bu, çox dəyərlidir”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Vladimir Zelenski onu da qeyd edib ki, konqresmenlə əsas müzakirə mövzuları Ukraynada ləyaqətli və davamlı sülhün bərqərar edilməsi səyləri, ABŞ-nin tam atəşkəs təklifi və Ukraynaya təhlükəsizlik təminatları olub.

Konqresmen onu da yazıb ki, əksəriyyət Ukraynanı dəstəkləmək barədə yüksək səslə danışır: “Mən həqiqətən bunu həyata keçirmək, prezident Zelenski ilə şəxsi görüşlər keçirmək üçün buradayam, Kiyevdəyəm. Güc vasitəsilə sülh”.

Xatirə SADİQ