“Qubernator olmayacağam” - Kamala Harris

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizəd olmayacağını açıqlayıb. 

Jul 31, 2025 - 14:05
“Qubernator olmayacağam” - Kamala Harris

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. 

“Son aylarda mən Kaliforniya əhalisindən onların qubernatoru olmaq imtiyazını istəmək barədə ciddi şəkildə düşündüm. Mən bu ştatı, onun adamlarını və perspektivlərini sevirəm. Bu, mənim evimdir. Amma dərin düşüncələrdən sonra qərara gəldim ki, bu seçkidə qubernatorluğa namizədliyimi irəli sürməyəcəyəm”, - deyə Harris vurğulayıb.

O, əlavə edib ki, buna baxmayaraq demokratlara fəal şəkildə yardım edəcək. 

“The Hill” qeyd edib ki, Harrisin qərarı onun 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığı ilə bağlı şayiələri gücləndirəcək.

Xatirə SADİQ