Paşinyan konstitusiya referendumunun tarixini açıqladı

Ermənistan hakimiyyəti 2027-ci ildə respublikanın yeni konstitusiyasının qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır.

Mar 22, 2025 - 00:30
Paşinyan konstitusiya referendumunun tarixini açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

“Gündəliyimizə konstitusiya dəyişikliyi məsələsi daxildir. 2027-ci ilə planlaşdırılıb. Partiyamızda siyasi gündəmimizi konkretləşdirmək üçün konstitusiya referendumunun 2026-cı il parlament seçkiləri ilə paralel keçirilməsini təklif edənlər var. Lakin bu, sırf daxili siyasi prosesdir”, - o bildirib.