Rusiya XİN-dən AZAL qəzası ilə bağlı AÇIQLAMA - “O səhifəni çevirdik”
“Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.
Onun sözlərinə görə, Moskva və Bakı 2024-cü ildə baş vermiş təyyarə qəzası ilə bağlı “səhifəni çevirməyə” nail olublar:
“Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan dialoq olmasaydı, bu mümkün olmazdı”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada təyyarənin ekipaj üzvlərindən pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov, və bələdçi Hökumə Əliyeva həlak olublar. Onlar hadisə zamanı göstərdikləri fədakarlığa görə Azərbaycanın Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüblər.
Banu