Ronaldo milli komandaya qayıtmaq üçün ŞƏRT QOYDU - "O getsin!"

Ulduz futbolçu Kriştiano Ronaldo milli komandaya qayıtmaq üçün şərtini açıqlayıb.

Oct 6, 2026 - 19:35
Ronaldo milli komandaya qayıtmaq üçün ŞƏRT QOYDU - "O getsin!"

SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu baş məşqçi Jorje Jezuş olduğu müddətcə milli komandaya qayıtmayacağını bildirib.

Məlumata görə, Ronaldo yaranmış vəziyyətdən ciddi narazıdır. Narazılığına səbəb isə Jorje Jezuşun  ictimaiyyət qarşısında verdiyi açıqlamalardır.

Ronaldo bu açıqlamalara görə, Jezuşun səmimiliyinə inanmır. Çünki Jezuş bir tərəfdən futbolçunu milli komandaya qaytarmaq istədiyini bildirir, digər tərəfdən isə heç kimin Ronaldodan üzr istəməməli olduğunu deyir.

Qeyd edək ki, Ronaldo Millətlər Liqasında Norveç yığmasına qarşı keçirilən matçda ehtiyatda qaldıqdan sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Daha sonra Jezuş Ronaldonu meydana buraxmağa borclu olmadığını açıqlayıb.

Banu