UEFA Fransa klubunu Janna d’Arka görə cərimələdi

UEFA Fransanın “Lill” klubuna Avropa Liqasının 1/8 finalın ilk oyununda yaşanan hadisələrə görə cərimə tətbiq edib. 

Mar 30, 2026 - 12:27
UEFA Fransa klubunu Janna d’Arka görə cərimələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Birmingham Mail” məlumat yayıb.

Martın 12-si keçirilən matçda “Lill” “Aston Villa”ya (İngiltərə) 0:1 hesabı ilə məğlub olmuşdu.

Məlumata görə, görüşdən əvvəl “Lill” azarkeşlərinin sektorunda fransız bayrağı və zirehli Janna d’Arkın təsviri olan banner açılıb. Bannerin altında ingiliscə “Fransızlar heç vaxt ölmür” yazısı və “Qürurlu. Güclü. Vəhşi” və “Janna qılıncı qaldırır, “Lill” mübarizəyə davam edir” şüarları yer alıb.

UEFA bunu idman tədbirinə uyğun olmayan mesaj hesab edərək, həmçinin fayer istifadəsi və matçın başlamasının gecikdirilməsi səbəbindən klubun ümumi cəriməsini 82,75 min avro müəyyən edib.

Qeyd edək ki, bundan əvvəl UEFA Serbiyanın “Srvena Zvezda” klubunu da oxşar səbəblərlə cərimələmişdi — azarkeşlər Avroliqa matçında  müqəddəs Simeonun mozaikasını nümayiş etdirmişdilər.