"Qələbədə sirr yoxdur, sonadək döyüşdük" - "Payde"nin baş məşqçisi

“Bu qələbədə heç bir sirr yoxdur. Biz birlikdə mübarizə apardıq və qalib gəldik".

Jul 30, 2026 - 23:45
"Qələbədə sirr yoxdur, sonadək döyüşdük" - "Payde"nin baş məşqçisi

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Payde"nin baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Zirə" ilə cavab matçından sonra təşkil edilən mətbuat konfransında deyib.

Estoniya klubunun çalışdrıcısı 1:1 hesabı ilə başa çatan matçı və növbəti mərhələyə yüksəlmələrini belə şərh edib: "Sonadək döyüşdük və istəyimizə çatdıq. Yaxşı qapıçımız və güclü müdafiəçilərimiz var. Bəzən elə oyunlar olur ki, rəqib daha çox hücum edir, amma istədiyi nəticəni əldə edə bilmir. 

Hazırda tamamilə yeni hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlmək bizim üçün yeni bir tarixdir. Hesab edirəm ki, bununla kifayətlənməməli və irəli getməyə davam etməliyik".