Avtobusu saxladıb futbolçuları düşürdü, təsbehinin... - "Turan Tovuz"un baş məşqçisinin qəribə inancları
Kurban Berdiyev "Turan Tovuz"un futbolçularını şoka salıb.
O, oyunçuları avtobusdan düşürərək, ətrafdakıları təəccübləndirib. Türkmənəsilli rusiyalı çalışdırıcı bundan sonra nəqliyyat vasitəsinə minib. Baş məşqçi onlara acıqlanıb və xəbərdarlıq edib ki, bundan belə heç kim ondan qabaq avtobusa əyləşə bilməz.
Berdiyev iddia edib ki, hansı futbolçu ondan qabaq avtobusa qalxarsa, onu cərimələyəcək.
Niyə belə? Hə… Burada Kərəmi hönkürtü ilə ağlamaq tutur.
Demə, qoca bunun düşər-düşməzliyinə inanır. Ona elə gəlir ki, avtobusu birinci özü minsə, komanda qələbə qazanacaq.
Yeri gəlmişkən, yayda komandanın başına gətirilmiş mütəxəssis qırmızı rəngli geyimdən imtina edib.
Qəribə əlamətlərə inanan və hər oyuna əlindəki təsbehlə çıxan 72 yaşlı çalışdırıcı əməkdaşları bununla bağlı məlumatlandırıb.
Bildirib ki, qırmızı forma ona düşmür və nə vaxt onu geyinirsə, qələbə qazanmağa çətinlik çəkirlər.
Vaxtilə «Traktor»da işləmiş Berdiyev deyib ki, klubun rənglərində dəyişiklik edilməlidir və qırmızı formalar tədricən «qardirob»dan yığışdırılmalıdır.
sportinfo.az