“Gürcüstanın gələcəyinin nəyi Avropanınkından pisdir?” – Mariya Zaxarova 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı mövqeyini tənqid edib. 

Oct 28, 2024 - 14:23
“Gürcüstanın gələcəyinin nəyi Avropanınkından pisdir?” – Mariya Zaxarova 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, XİN sözçüsü bu barədə “Teleqram” kanalında yazıb. 

O, Gürcüstan prezidentinin “Gürcüstanın Rusiyaya tabe olması” və “Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz” kimi ifadələrinə diqqət çəkib.

“Zurabişviliyə sualım var: Gürcüstanın gələcəyinin nəyi Avropanınkından pisdir? Fransa vətəndaşına xatırlatmaq istəyirəm ki, Gürcüstan Fransadan daha qədimdir”, - deyə sözçu vurğulayıb. 

Xatirə SADİQ