“Qalatasaray” futbolçusu “Fənərbağça”nı müdafiə etdi - “Mourinyo ağılsızdır”
“Qalatasaray”ın sabiq futbolçusu Uesli Sneyder “Fənərbağça”ya dəstək verib.
SAVASHMEDİA.az xəbər verir ki, holland futbolçu Joze Mourinyonu klubla bağlı dediyi sözlərə görə tənqid edib.
“Mourinyonu sevirəm, hələ də əlaqəmiz var. Onun üçün ən yaxşısını diləyirəm. “İnter”də qısa müddət birgə çalışsaq da, illərə bərabər idi. Lakin ağılsızlıq edib. Belə bir şey deməməli idi. Xüsusilə də, Türkiyədə bunu heç yaxşı qarşılamazlar. Düzgün deyil” – Sneyder bildirib.
Qeyd edək ki, Uesli Sneyder 2013-2017-ci illərdə “Qalatasaray”da çıxış edib.
Xatırladaq ki, “Benfika” ilə bir illik müqavilə bağlayan Joze Mourinyo “Fənərbağça” ilə bağlı sərt açıqlama verib. O bildirib ki, Türkiyə klubuna keçməkdə səhv edib:
“Mənim üçün əsas olan dünyanın ən böyük klublarının birinin baş məşqçisi olmaqdır. Karyeram zəngindir, fərqli ölkələrdə baş məşqçilik etmişəm, səhv bir qərar vermişdim, ancaq peşman deyiləm. Nəyi səhv, nəyi düz etdiyimi bilirəm. “Fənərbağça”ya keçidim səhv idi, buna baxmayaraq, son günə qədər əlimdən gələnin ən yaxşısını etdim. “Fənərbağça” mənim səviyyəmdən aşağı idi, “Benfika”ya keçməklə öz səviyyəmə qayıtdım”.
Banu
Uesli Sneyder