Kılıçdaroğludan Mansur Yavaşa SƏRT SÖZLƏR – “Siyasətin namusu...”
CHP sədri Kemal Kılıçdaroğlu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın partiyadan istefa verməsinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, K.Kılıçdaroğlu Mansur Yavaşın siyasi fəaliyyətinə toxunaraq onu "dəyərli siyasətçi" adlandırıb.
“Mansur Yavaş mənim Cümhuriyyət Xalq Partiyasına qazandırdığım dəyərli siyasətçidir”, - CHP sədri bildirib.
Bununla yanaşı K.Kılıçdaroğlu Mansur Yavaşa iradını onun (Mansur Yavaşın-red) istefa bəyanatında yazdığı öz cümlələri ilə bildirib:
“Hörmətli Mansur Yavaş istefa açıqlamasında insanların seçkiyə gedərkən yalnız bir namizədi deyil, siyasi iradəni də seçdiyini qeyd edib. M.Yavaş seçicinin iradəsini nəzərə almamağı və seçicinin səsi ilə əldə olunan mövqeləri onun (seçicinin-red) təsdiq etmədiyi siyasi ünvanlara daşımağı düzgün hesab etmədiyini vurğulayıb.
“Seçicinin iradəsinə sədaqət siyasətin namusudur” ifadəsini işlədib. Cənab Mansur Yavaşın bu qiymətləndirmələri ilə biz də tamamilə razıyıq”.
Banu