Keşiş Baqrat üsyan bayrağı qaldırdı - “Baş prokuror bura gəlsin, Paşinyan isə...”
“Biz Nikol Paşinyana qarşı soyqırım və etnik təmizləmədə iştiraka görə cinayət işinin açılmasını tələb edirik”.
SAVASHMEDİA.az erməni mənbələrinə istinadla xəbər verir ki, bu açıqlamanı bu gün Ermənistan Baş Prokurorluğunun binası qarşısında baş tutan etiraz aksiyasında keşiş Baqrat Qalstanyan deyib.
“Artsaxda baş verənlərə görə Ermənistanın Baş nazirinə qarşı proses başlanmalıdır. Bu gün prokurorluğa təhvil verməli olduğumuz 2 sənəd var. Bilmirəm, bu sənədləri qəbul edəcəklər, ya yox? Çünki ölkəmizdə heç bir qurum dövlətə xidmət etmir, siyasi hakimiyyətə xidmət edir”.
Baş Prokurorluqdan isə aksiyaçıların qəbul ediləcəyi bildirilsə də, keşiş Baqrat buna da etiraz edib:
“Bizə indicə məlumat verdilər ki, Ermənistan Baş Prokurorluğunun hansısa nümayəndəsi bizi media olmadan qəbul etməyə hazırdır. Bu, ümumiyyətlə, ünsiyyət forması deyil. Bu insanlar üz-üzə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Əgər sizdə məmur, əməkdaş şüuru varsa, o zaman enib burada təqdim etdiyimiz suallara cavab verin. Bu işlər baş prokurora ünvanlanır və o, cavab verməlidir. Biz sadəcə baş prokuroru Anna Vardapetyanı gözləyirik”.
Oğuz