Deputat Emin Ağalarovun təklifini dəstəklədi - "Kazinolar açılmalıdır"
Kazinoların açılmasına tamamilə tərəfdaram.
SAVASHMEDİA.az pravda.az-a istinadla xəbər verir ki, bunu sabiq deputat Rüfət Quliyev deyib.
O mövzu ilə bağlı bunları deyib:
"Kazinoların açılması ilə bağlı qanuna hansı dəyişiklik edilməlidir, bunu bilmirəm, amma Emin Ağalarovun fikri ilə tamamilə razıyam. “SeaBreeze” kimi əməlli-başlı şəhərcik yaradılıb və inkişafdadır. Yerli vətəndaşlara kazinoda oynamaq elə də asan olmayacaq, amma xaricilər üçün yaradılmalıdır.
Yeri gəlmişkən, ictimaiyyətin də müəyyən təklifləri olmalıdır. Bütün bunları nəzərə alaraq kazinoların açılmasına icazə verilməlidir. Lakin hansı formada, bunu deyə bilmirəm. Amma kazinoların açılmasına tamamilə tərəfdaram. Birincisi, nəzərə almaq lazımdır ki, büdcəyə ödəmələr olacaq. İkincisi, yüzlərlə insan işlə təmin olunacaq, özü də yüksək qazanclı işlərlərlə. Üçüncüsü, daha çox maraq yaradacaq, xaricdən xeyli sayda turist gələcək”.