Litva Rusiya ilə sərhədlərini möhkəmləndirir – “əjdaha dişləri” quraşdırdı

Litva Neman çayı üzərində – Rusiyanın Kalininqrad vilayətinə aparan körpüdə “əjdaha dişləri” quraşdırıb. 

Oct 9, 2024 - 12:22
Litva Rusiya ilə sərhədlərini möhkəmləndirir – “əjdaha dişləri” quraşdırdı

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Laurinas Kaşyunas deyib.

Nazirin sözlərinə görə, gələcəkdə gələcəkdə körpü əlavə olaraq dəmir tirlərlə möhkəmləndiriləcək. Hazırda Litva ordusu “əjdaha dişləri”ni  sınaqdan keçirir, irəliləyən ağır texnikanı necə saxladıqlarını qiymətləndirir.

Xatırladaq ki, Baltikyanının üç ölkəsi hələ yanvarda “Baltik Müdafiə Xətti” yaratmaq planını elan etmişdi. Polşa isə mayda Rusiyanın Kalininqrad vilayəti və Belarusla sərhədlərini möhkəmləndirmək üçün “Şərq qalxanı” adlı oxşar layihəni elan etdi.

Xatirə SADİQ