Boris Conson ukraynalıları narahat olmamağa çağırdı

“Mən fəxr edirəm ki, Putinin işğalının üçüncü ildönümündə burada Kiyevdəyəm”.

Feb 24, 2025 - 16:31
Boris Conson ukraynalıları narahat olmamağa çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna paytaxtına gələn Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “X” platformasında yazıb.

“Mən Ukrayna xalqının mənfur təcavüz aktına qarşı müqavimətində göstərdiyi yenilməz qəhrəmanlığa ehtiramımı bildirir və hazırda bu müharibənin mənşəyi ilə bağlı yayılan qəribə yalanları qəti şəkildə rədd edirəm”, - deyə Conson bildirib.

Boris Conson ukraynalıları Trampın dəstəyinə nəzər salmağa çağırıb: “Mən insanları sakit olmağa və Donald Trampın dövründə ABŞ-nin Ukraynaya davamlı dəstəyinin faktlarına baxmağa çağırıram və mən əvvəlkitək əminəm ki, Ukraynanı azad, suveren və müstəqil dövlət kimi qüdrətli gələcək gözləyir”.

Xatirə SADİQ