Zelenski amerikalı nazirə qışqırıb – “Financial Times”
“Bessentlə faydalı qazıntılar üzrə sazişi müzakirə edərkən Ukrayna prezidenti Volodimir Zelenski amerikalı nazirə qışqırıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı “Financial Times” (FT) yazıb.
Nəşr iddia edir ki, amerikalı nazirlə görüşərkən Ukrayna dövlət başçısı çox qəzəbli olub və Zelenskinin Kiyevdəki ofisinin qapısı qarşısında Ukraynanın ən mühüm strateji müttəfiqliyinin gələcəyi ilə bağlı guya gərginlik alovlanıb.
Nəşr bildirir ki, “oradan eşidilən kobud səsi heç nə ilə qarışdırmaq olmazdı”.
FT-nin məlumatına görə, Zelenskinin Bessentlə münaqişəsi ABŞ-nin 500 milyard dollarlıq hərbi yardımını təhvil vermək üçün Ukraynada nadir torpaqlar və mühüm minerallara olan hüquqların 50%-ni tələb edən təklifin təfərrüatları üzərində yaranıb.
Nəşr həm də ukraynalı məmurların Skott Bessentin prezident Zelenskiyə müqaviləni dərhal imzalamaq ismarıcını şatdırdığı barədə açıqlamalarını xatırladıb.
Xatirə SADİQ