Yavaş prezident olacaq, İmamoğlunu belə qurtaracağıq - CHP sədri xilas düsturunu açıqladı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel ötən gün Silivri həbsxanasında İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunu ziyarət edib.
SAVASHMEDİA.az xəbər verir ki, görüşdə müzakirə olunan məsələlər tam açıqlanamayıb.
Lakin iddialara görə, Əkrəm İmamoğlu görüşdə Özelə hazırki durumda həbsxanadan çıxmasının çətin olduğunu bildirib və Mansur Yavaşın prezidentliyə namizədliyini istəyib.
İmamoğlu ilə görüşdən sonra jurnalist Fatih Altaylının youtube proqramına qonaq olan Özgür Özel isə Türkiyənin gələcək iqtidarı olmaq üçün mövcud şərtlərə uyğun yeni formul tapdıqlarını açıqlayıb:
“Biz CHP olaraq dayanmayacağıq.Mən avtobusun üstündə bir şəhərdə, Mansur Yavaş başqa şəhərdə, qrup başqanlarımız, millətvəkillərimiz də digər şəhərlərdə mitinqlər keçirəcək.
İmamoğlu seçkilərə qədər həbsdə qalsa, seçkini 70 faiz səslə qazanacağıq. Bu zaman millətimiz məclisdə konstitusiyanı dəyişdirə biləcək çoxluğu da bizə verər. Sürətlə parlament sisteminə keçərik.Sonra bitərəf prezident seçilər.Bitərəf prezident də millətin könlünü qazamış önəmli bir fiqur olar. Mansur Yavaş prezident olar. Baş nazir hakimiyyətinə qayıdılar, İmamoğlu Baş nazir olar. İdarəçiliyi də İmamoğlu edər”.
Banu