"Kodları yadında saxla, türklər bu gün..." - Paşinyanın qulağına deyilən söz aranı qatdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Yerevanın Şenqavit rayonunda seçki kampaniyası keçirib.

May 12, 2026 - 18:56
"Kodları yadında saxla, türklər bu gün..." - Paşinyanın qulağına deyilən söz aranı qatdı

SAVASHMEDİA.az xəbər verir ki, canlı yayımlanan kampaniyaya xarici işlər naziri Ararat Mirzoyanın dedikləri damğa vurub. Belə ki, nazir Paşinyana yaxınlaşaraq qulağına pıçıltı ilə söz deyib. 

Bu zaman Paşinyan yaxasındakı mikrofonu tutaraq nazirin dediklərinin eşidilməsinin qarşısını almağa çalışıb. Daha sonra isə Mirzoyana əli ilə mikrofonu göstərib. Lakin buna baxmayaraq, Paşinyanın cəhdi uğursuz alınıb. Mirzoyanın “Türklər bu gün açırlar, kodları yadınızda saxlayın, gəlin XİN-in mətbuat katibinin şərhi ilə qarşılama mətni hazırlayaq, amma bilmirəm, siz deyin...” dediyi eşidilib.

Jurnalistlər XİN başçısına “Türkiyə nəyi açacaq?” sualını ünvanlayıblar. Mirzoyan cavab versə də, detalları açıqlamaqdan yayınıb:

“Türklərin nəyi açacağını zamanla görəcəyik. Bu, müsbət bir addımdır. Uyğun vaxtda bütün detalları açıqlayacağam. Lakin bunu bilin ki, məsələ Ermənistan-Türkiyə sərhədinin açılması və ya üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsi ilə bağlı deyil”.

Jurnalistlər eyni sualı Nikol Paşinyana da ünvanlayıblar. Paşinyan aydınlaşdırıb ki, Türkiyə bundan sonra ixrac sənədlərində Ermənistanı malların son təyinat ölkəsi kimi göstərəcək:

“Bu, Türkiyədən Ermənistana birbaşa məhsul göndərilməsi anlamına gəlmir. Sadəcə, Türkiyə malları üçüncü ölkələr üzərindən Ermənistana çatdırıldıqda, sənədlərdə son alıcı ölkə kimi Ermənistanın adı da qeyd olunacaq. İndiyədək Türkiyə qanunvericiliyində Ermənistan son təyinat ölkələri siyahısında olmadığı üçün mallar rəsmi şəkildə başqa ölkələrə ixrac olunur, sonra isə Ermənistana göndərilirdi”.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)