"Kristal Abşeron"dan mənzil alanlar niyə peşman olur? - SƏBƏBLƏR
"Kristal Abşeron" şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.
SAVASHMEDİA.az xatırladır ki, sözügedən inhisarçı şirkətin inşa etdiyi binaların keyfiyyəti ilə bağlı mübahisələr həmişə aktual olub.
Xüsusilə də binaların zəlzələyə davamlılıq göstəriciləri, eləcə də keyfiyyətli tikinti materiallarından istifadə edilməsinə dair şübhələr vətəndaşları həmişə maraqlandıran məsələlər sırasında olub. Buna baxmayaraq, vətəndaşlara real dəyərindən dəfələrlə baha qiymətə təqdim edilən mənzillərin yerləşdiyi binalarla bağlı ictimai inam mövcud deyil. Sadəcə olaraq, alternativlərin yoxluğu və ya azlığı vətəndaşları "Kristal Abşeron"a üz tutmağa vadar edir.
Şirkətin fəaliyyətində şəhərsalma və tikinti normativlərinin pozulması, eləcə də mənzil idarəçiliyi ilə bağlı narazılıqlar isə durmadan artmaqdadır. Bəzi yaşayış komplekslərində avtomobil yolları, piyada səkiləri və yol çiyinlərinin istifadəsi ilə bağlı qaydalara əməl olunmayıb. Müəyyən ərazilərdə qeyri-qanuni parklanma və yol sahələrinin məhdudlaşdırılması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranır. Bu vəziyyətin bəzi hallarda yolun hərəkət hissəsinin bir neçə zolağının zəbt olunmasına qədər gətirib çıxardığı qeyd olunur.
Mənzil idarəçiliyi ilə bağlı irəli sürülən iddialara əsasən, kommunal ödənişlərin toplanması və xərclənməsi üzrə şəffaf hesabatlılıq məsələləri də sual doğurur.
Xatırladaq ki, "Kristal Abşeron"un faktiki sahibi Milli Məclisin deputatı Ağalar Vəliyevdir.
Səlcuq