Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq - DSMF 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını ödəməyi planlaşdırır.

Jul 23, 2026 - 18:17
Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq - DSMF 

SAVASHMEDİA.az bu barədə Fonda istinadən xəbər verir.

"Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq", - qurum bəyan edib.