Azər Həsrət Qulu Məhərrəmlinin yazışmalarını paylaşdı - "Tüpürüm sənə də, sənin..."

Jurnalist Azər Həsrət media eksperti, professor Qulu Məhərrəmli ilə yazışmalarını ictimailəşdirib.

Jul 23, 2026 - 19:50
Jul 23, 2026 - 19:52
Azər Həsrət Qulu Məhərrəmlinin yazışmalarını paylaşdı - "Tüpürüm sənə də, sənin..."

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb TNS TV efirində aparıcı Tural Səfərin Facebook-dan oxuduğu şərhə Azər Həsrətin verdiyi cavab olub.

Həmin verilişdə Azər Həsrət Qulu Məhərrəmlinin onu qərəzli adlandırmasına cavab verib və professorun bu fikrini sübut etməsini istəyib.

Jurnalist iddia edir ki, bundan sonra Qulu Məhərrəmli ona "WhatsApp" vasitəsilə təhqiramiz mesajlar göndərməyə başlayıb.

Azər Həsrət bildirib ki, qarşı tərəfin həddi aşdığını düşündüyü üçün ona belə cavab yazıb:

"Bu gün isə lap həddini aşınca belə bir cavab verməli oldum: "Çox əxlaqsız adamsan. Hətta küçə səviyyəsində. Ha çalışdım sənə nəzakətlə cavab verim, amma qanmadın. Daha da irəli getdin. Dediklərinin 10 qatını sənə qaytarıram!!! Haydı, di get indi!!!'"

Onun sözlərinə görə, Qulu Məhərrəmlidən isə belə cavab gəlib:

"Tüpürüm sənə də, sənin o nəzakətinə və olmayan əxlaqına da.. Cəhənnəm ol!!!!!!"

Azər Həsrət qeyd edib ki, paylaşımı yazmaqda məqsədi professorun ictimaiyyət qarşısında yaratdığı imiclə davranışının fərqli olduğunu göstərməkdir. O, həmçinin bildirib ki, məsələni məhkəməyə daşımaq fikrində deyil.

Azər Həsrətin paylaşımında səsləndirilən iddialarla bağlı Qulu Məhərrəmli hələlik açıqlama verməyib.

Oğuz