“PAŞA Sığorta” dan şikayətlər artıb

Son bir ildə “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər kəskin artıb. 

Oct 17, 2024 - 11:56
“PAŞA Sığorta” dan şikayətlər artıb

SAVASHMEDİA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə bərabər olub.

Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Son üç ayda da “PAŞA Sığorta”nın şikayət indeksi yüksəlməkdə davam edib. 

Bu ilin avqust ayında “PAŞA Sığorta” 1.24 indeksi ilə icbari avtosığortada ən çox şikayət edilən sığorta şirkətlərinin üçlüyünə, yəni qırmızı zolağa düşüb. Sentyabr ayında isə şikayət indeksi 1.28-ə yüksəlib. Ümumilikdə  son bir ildə “PAŞA Sığorta”nın şikayət indeksi  4 dəfəyə yaxın artıb.  

Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.

yenisabah