“Real Madrid”in hücumçusunu 10 il həbs gözləyir
“Real Madrid”in məşhur hücumçusu Kilian Mbappenin təcavüzdə təqsiri sübut olunarsa, İsveçdə onu 10 ilə qədər həbs cəzası gözləyir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 10-da Mbappe əyləncə gecəsinin keçirildiyi V gecə klubunu icarəyə götürüb. Burada əksəriyyəti gənc isveçli qızlardan ibarət 20-30 nəfər iştirak edirdi. Gecənin məxfiliyi üçün qonaqlardan telefonlarını girişdə qoymaları istənilib.
Şənliyin özü insidentsiz keçib, bundan sonra Mbappe gecəni “Bank Hotel”də keçirib.
Ancaq cümə və ya şənbə günü təcavüz qurbanı olduğu iddia edilən şəxs Stokholmdakı xəstəxanaya gedib və bundan sonra oraya polis çağırılıb. Dindirilmə zamanı qız mümkün hücumçu kimi Mbappenin adını çəkib və təcavüzün özünün otel nömrəsində baş verdiyini bildirib.
Stokholm prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb. Qurban olduğu iddia edilən şəxsin geyimi DNT testi üçün götürülüb.
Mbappenin günahı sübuta yetirilərsə, onu 3 ildən 10 ilə qədər həbs gözləyir.
Xatirə SADİQ