Husilərin silah anbarlarına zərbələr endirildi – ABŞ müdafiə naziri

 ABŞ-nin B-2 bombardmançı-görünməzləri Yəməndə husi qiyamçıları ilə əlaqəli silah anbarlarına zərbələr endirib.

Oct 17, 2024 - 11:37
Husilərin silah anbarlarına zərbələr endirildi – ABŞ müdafiə naziri

 SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, İranın dəstəklədiyi qruplaşmanın Qırmızı dənizdə kommersiya daşımalarında fasilələrə səbəb olan hücumlarını dayandırmaq üçün sonuncu cəhd idi.

ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, zərbələr beş möhkəmləndirilmiş yeraltı obyekti hədəf alıb.

O əlavə edib ki, B-2 bombardmançılarından istifadə mesaj göndərmək məqsədi daşıyırdı.

Xatırladaq ki, husilər Qəzza zolağında aktiv döyüş əməliyyatları başlayandan qısa müddət sonra Qırmızı dənizin cənubunda ticarət gəmilərini atəşə tutmağa başlayıblar. Onlar bu müharibədə HƏMAS-ı dəstəkləyirlər.

Xatirə SADİQ