Tramp qudasına vəzifə verir

ABŞ prezidenti Donald Tramp qudası - qızının qayınatası Massad Bulosu Afrikanın Böyük Göllər regionu üzrə xüsusi elçi təyin edə bilər.

Mar 10, 2025 - 23:14
Tramp qudasına vəzifə verir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Semafor nəşri məlumat yayıb.

D.Tramp qızı Tiffani livanlı iş adamı Bulosun oğlu Mayklla evlidir. Bundan əvvəl ABŞ prezidenti qızının qaynatasını ərəb məsələləri üzrə baş məsləhətçi təyin etmişdi.

Qeyd edildiyi kimi, gənclik illərində Nigeriyada yaşayıb-işləyən Bolos lazımi icazələri alıb. Bildirilir ki, bu həftə o, Konqo Demokratik Respublikasına (KDR), martın sonunda isə Ruandaya səfər edə bilər. (teleqraf)

Fotoda Trampın qudası Massad Bulos