Üçü azyaşlı olmaqla ailənin 4 üzvü… - Azərbaycanda kütləvi zəhərlənmə

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Mar 10, 2025 - 23:43
Mar 10, 2025 - 23:44
Üçü azyaşlı olmaqla ailənin 4 üzvü… - Azərbaycanda kütləvi zəhərlənmə

SAVASHMEDİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 31 yaşlı Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  onların həyatları üçün təhlükə olmadığı bildirilib.