Danışıqlar üçün Ərəbistana uçan Rubio təyyarədə şok açıqlama verdi - Ukrayna razılaşacaq?
ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün onu Səudiyyə Ərəbistanına aparan təyyarədə jurnalistlərə açıqlamalar verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi ərazilərdən imtina etməli olduğunu deyib.
Rubio bildirib ki, ukraynalılar və ruslar “bu müharibəni bitirmək üçün çətin işlər görməlidirlər”.
Dövlət katibi potensial razılaşmanın tam konturunu açıqlamaqdan imtina edib, lakin açıq şəkildə bildirib ki, hər iki tərəf “bu vəziyyətin hərbi yolla həllinin mümkün olmadığını başa düşməlidir”.
“Ruslar bütün Ukraynanı tuta bilməz və təbii ki, indiki halda rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək Ukrayna üçün çox çətin olacaq".
Rubio əlavə edib ki, Rusiya ilə qarşıdakı danışıqlarda Kremlin hansı güzəştlərə getməyə hazır olduğunu müəyyən etmək çox vacib olacaq.
Oğuz