Moskvanın bütün hava limanları bağlandı - PUA hücumu

Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanıb.

Jun 10, 2025 - 05:06
Moskvanın bütün hava limanları bağlandı - PUA hücumu

SAVASHMEDİA.az xəbər verir ki, Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir.

Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.

Hələlik rəsmi məlumat yoxdur.

Səlcuq