Ukrayna ABŞ ilə anlaşma memorandumu imzaladı – 825 milyon dollarlıq yardım

Ukraynanın enerji sektorunu dəstəkləmək məqsədilə Ukrayna xarici işlər naziri Andrey Sibiqa və ABŞ dövlət katibi Antoni Blinken anlaşma memorandumu imzalayıblar.

Dec 4, 2024 - 11:36
Ukrayna ABŞ ilə anlaşma memorandumu imzaladı – 825 milyon dollarlıq yardım

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. 

“Ukraynanın enerji sisteminin dayanıqlığının təmin edilməsində əməkdaşlıq haqqında” hökumətlərarası anlaşma memorandumu Amerikanın 825 milyon dollara qədər məbləğdə yardım imkanını nəzərdə tutur.

XİN qeyd edib ki, sənəd Ukraynanın enerji sisteminin dayanıqlığının yaxşılaşdırılması üçün normativ baza yaradır.

Söhbət xüsusilə mühüm infrastrukturun bərpasından, paylanmış istehsalın tətbiqindən, enerji sektorunda islahatların aparılmasından və müharibədən sonra aşağı karbonlu iqtisadiyyata keçidin təşviqindən gedir.

Qeyd edək ki, ABŞ bu ilin iyun ayında Ukraynanın enerji sisteminə yardım məqsədilə 825 milyon dollar ayırdığını açıqlamışdı. 

Xatirə SADİQ