Aleksey Arestoviçə sanksiya tətbiq olundu - Ukraynada

Ukrayna prezidenti ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq olunub. 

May 1, 2025 - 16:58
Aleksey Arestoviçə sanksiya tətbiq olundu - Ukraynada

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Volodimir Zelenskinin imzaladığı fərman prezident saytında dərc olunub. 

Fərmana əsasən, 76 ukraynalı, rus fiziki şəxsləri və bir sıra Rusiya müəssisələri sanksiyalara məruz qalıb.

Sanksiyalara dövlət mükafatlarından məhrumetmə, aktivlərin bloklanması, ticarət əməliyyatlarına məhdudiyyətlər daxildir.

Siyahıya keçmiş baş nazir Nikolay Azarovun oğlu Aleksey, politoloq Konstantin Bondarenko, bloger Miroslav Oleşko, “Rosatom”un baş direktoru Aleksey Lixaçev və başqaları da daxildir.

Xatırladaq ki, Aleksey Arestoviç  2023-cü ilin yanvarında istefa verib, hazırda xarici ölkələrdən birində yaşayır. 

Xatirə SADİQ