ABŞ dövlət katibi Moskvadakı parada qatılacaq? - Rusiya KİV
ABŞ dövlət katibi Marko Rubio Rusiya paytaxtında keçiriləcək Qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad üçün Moskvaya gələ bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Zvezda” telekanalı məlumat yayıb.
Diplomatik dairələrdəki mənbəyə istinadən telekanal iddia edir ki, Dövlət Departamenti rəhbərinin mayın 9-da keçiriləcək paradda ABŞ nümayəndəsi ola biləcəyi “ehtimal olunur”.
Bundan əvvəl Kreml prezident Donald Trampın Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyəcəyini açıqlamışdı.
Bu ərəfədə məlum olub ki, Hindistanın baş naziri Narendra Modi sovet-alman müharibəsində qələbənin 80 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirakdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Hindistan tədbirlərdə daha aşağı ranqlı məmurla təmsil olunacaq.
Beləliklə, bu il 20 ölkənin lideri Qələbə Gününü qeyd etmək üçün Rusiyaya səfər edəcək. Həmin tədbirlərdə Abxaziyanın, Fələstinin və Serb Respublikasının qondarma rejimlərinin “prezidentləri”, eləcə də Şimali Koreyanın hərbçiləri və musiqiçiləri də iştirak edəcəklər.
Xatirə SADİQ