Rusiyanın 79 tankerinə qarşı sanksiyalar tətbiq edilib
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı 15-ci sanksiya paketi çərçivəsində 79 tankerə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Markus Lammert bildirib.
“Hazırda 79 tanker sanksiyalar altındadır və onların arasında Bolqarıstan tankeri yoxdur. Bu tankerlər əsasən neft və metan daşınması üçündür”, - deyə Lammert bolqar jurnalistlərinin sualına cavab verib.
Xatirə SADİQ