Aktyor intellektual şouda 250 min qazandı
Britaniyalı aktyor və yazıçı Stiven Fray “Kim milyonçu olmaq istəyir?” intellektual şousunda rekord məbləğ qazanıb.
![Aktyor intellektual şouda 250 min qazandı](https://savashmedia.az/uploads/images/202409/image_870x_66e6dea35f2f3.webp)
SAVASHMEDİA.az bu barədə “Daily Mail” nəşrinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, sənətçi yalnız Britaniya hit-paradlarında ən uzun müddət qalan mahnıların kaverləri ilə bağlı sonuncu suala cavab vermək istəməyib. O, düzgün cavab versəydi, 500 min funt sterlinq mükafat alacaqdı.
Stiven Fray bunun əvəzində qazandığı 250 min funt-sterlinqi götürməyə qərar verib.
Verilişin aparıcısı Ceremi Klarkson bu hadisəni proqramda rol almağa başlayandan bəri ulduzların ən böyük qələbəsi adlandırıb. Fray uduşunu xeyriyyə işlərinə verəcəyini söyləyib.
Xatirə SADİQ