"Alim mənlə oxumaq istəmirdi, həyat yoldaşına dedim" - Mələkxanım
"İraqa gedəndə Leyli obrazını mənə vermişdilər, Məcnun rolunda isə Mənsum İbrahimov idi. Amma indi dünyasını dəyişmiş bir Xalq artisti dedi ki, dünyanı dağıdaram, bu obrazı mən oynayacam".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" verilişində deyib.
"Sonda mən oxudum, çünki rəhbərlik belə qərar vermişdi. Bakıya qayıdandan sonra nazirliyə müraciət edtim ki, Alim Qasımovla oxumaq istəyirəm. Dedilər ki, Alim gedib, oxumayacaq. Dedim, razılaşdıraram. Amma Alim oxumayacağını bildirdi. Mən də getdim həyat yoldaşı Tamilla xanımın yanına. O dedi ki, oxuyacaq. Sağ olsun, gəldi, bir il birlikdə məşq etdik, oxudum".
Yağmur