Həm də dostudur, "Qarabağ"ı stadiondan izləyir - Qurbanovla qudasını kim tanış edib?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iş adamıyla qohum olması haqda bugünlərdə eksklüziv məlumat vermişdik.
Ağdam klubunun çalışdırıcısı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qudalıq münasibəti qurub.
Hazırda Bakı Dövlət Universitetində oxuyan iş adamının qızı Əsmər 4-cü kurs tələbəsidir. Cütlüyün toyu gələn ilin yayına planlaşdırılır.
Sənan Təhməzov Qarabağ bölgəsindədir. Əslən laçınlıdır və dövlətə bağlı iş adamı kimi tanınır.
O, Qurban Qurbanovun ailəvi dostlarından biridir. Tərəflər arasında münasibətlər bir neçə il öncə ortaq tanışları vasitəsilə yaranıb.
S.Təhməzov “Qarabağ” tərəfdarıdır. “Köhlən atlar”ın əksər avrokubok oyunlarında onu stadionda görmək mümkündür. (sportinfo.az)