"Arvadımın ondan xoşu gəlir" - Tramp
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın Rusiya Prezidenti Vladimir Putini bəyəndiyini bildirib.
O, bu barədə "New York Post"a müsahibəsində deyib .
"Biz Putini tanıyırıq və Melaniya ondan xoşlanır", - Tramp deyib.
İyulun 14-də Tramp bildirib ki, Melaniya onu Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandıranlar arasında olub və Putini öz vədlərini yerinə yetirməməkdə ittiham edib. (publika)