CHP sədri Hakan Fidanı "Kurtlar Vadisi" tiktokeri adlandırdı - "Göz-qaşını oynadaraq..."
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ölkənin xarici işlər naziri Hakan Fidanla bağlı sərt ifadələr işlədib.
SAVASHMEDİA.az xəbər verir ki, sədr nazirin vəzifəsinin öhdəsindən gələ bilmədiyini yazıb.
Özəl bildirib ki, Hakan Fidan dövlətin nüfuzuna xələl gətirib:
“Üç ay əvvəl insanların duyğularını istismar etmək məqsədilə “MİT rəhbəri olduğum vaxt məni zəhərlədilər” deyən Hakan Fidan bu açıqlaması ilə təkcə rəhbərlik etdiyi qurumun deyil, dövlətin də nüfuzuna zərbə vurub”.
Özəl Rəsmi Ankaranı və Hakan Fidanı İsrail-Fələstin məsələsində ikili oynamaqda ittiham edib:
“Türkiyə Fələstinin hüquqlarını qorumaq üçün bir araya gələn Haaqa Qrupunun Boqota toplantısında İsrailə qarşı sanksiyaları imzalamaqdan imtina etdi. Bu vəziyyətə hər kəsimdən etirazlar olan kimi bu təyin olunmuş nazir (Hakan Fidan-red) qalmaqallı açıqlamalar verdi. İlk olaraq bildirdi ki, Türkiyə onsuz da özü İsrailə sanksiya tətbiq edir, o sanksiyaların mənası yoxdur. Biz niyə imzalamadıqlarını soruşduqda isə BMT-nin 1982-ci ildə imzalanmış və bu məsələ ilə heç bir əlaqəsi olmayan Dəniz Hüququ Konvensiyasını (BMHS) bəhanə edərək “Bəyannaməni imzalasaydıq, Yunanıstanın Egey ilə bağlı arqumentləri güclənərdi. CHP yunan arqumentlərinimi dəstəkləyir?” kimi mənasız ifadələr səsləndirdi.
Cümhuriyyət Xalq Partiyası istər “Eurofighter” məsələsində, istər Fələstin məsələsində, istərsə də ölkəmizin xeyrinə olan hər məsələdə Türkiyənin və məzlumların hüquqlarını cəsarətlə müdafiə edən partiyadır. Hakan Fidan o ifadələrinə görə CHP-nin institusional kimliyindən üzr istəməlidir. Bunlar İsraillə sərin otaqlarda qayıqçı davası edirlər. Tam sürətlə davam edən ticarəti kəsməyə cəsarətləri çatmır. Bunu isə hamı bilir”.
CHP sədri Hakan Fidanı XİN başçısı vəzifəsini də layiqincə icra edə bilməməkdə günahlandırıb:
“Kameralara qaş-göz işarəsi etməklə, “TikTok”da özü haqqında “Kurtlar Vadisi” mövzulu videolar paylaşdırmaqla, barəsində “sirli dövlət adamı” imici yaratmaqla nazirlik olmur.Türk dövlətləri Cənubi Kipri (yunan Kipri-red) sənin nazirliyin vaxtında tanıdı. Tramp “Qəzzanı boşaldıb, orada otellər tikəcəyəm” deyir, ABŞ-nin Ankaradakı səfiri Türkiyəyə Osmanlı idarəçilik sisteminə keçməsini məsləhət görür. Bunların hamısı sənin dönəmində olur. Heç bir şeyə reaksiyan yoxdur, ancaq “TikTok” var.
Banu