Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
Bura Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşən Çilov adasıdır.
SAVASHMEDİA.az xəbər verir ki, adaya yalnız gəmi və vertalyot ilə gəlmək mümkündür.
Hər iki nəqliyyat vaistəsi pulsuzdur. Amma vertolyot SOCAR işçiləri üçün nəzərdə tutulduğundan gediş-gəliş adətən gəmi ilə həyata keçirilir.
Gəmilər böyüklüyünə, genişliyinə görə biri birindən fərqlənir. Bəxtinizə hansının düşəcəyi isə sadəcə şans məsələsidir. Ən sürətli gəmi 2-2,5 saat, orta sürətli gəmi 3,5-4 saat, daha köhnə gəmilər isə 6-7 saata çatır.
Hava şəraiti normal olarsa gəmi hər gün olur.
Bura necə gəlmək olar?
Bura yalnız ada sakinlərinin sizin üçün icra nümayəndəliyindən aldığı dəvət məktubu ilə gələ bilərsiniz. İcra nümayəndəliyinin verdiyi siyahı əsasında gəmiyə buraxılırsınız. Adada sizə dəvət göndərən şəxs sizi qarşılamalıdır.
Adada avtobuslar pulsuzdur. İstədiyniz yerdə minib, istədiyniz yerdə enə bilərsiniz. Şəxsi maşınlar isə barmaqla sayılacaq qədər azdır. DYP işçisi, radar və kamera yoxdur.
Adaya spirtli içki gətirmək, satmaq, içmək qəti qadağandır. Eyni zamanda siz adaya nəyinki odlu silah heç bıçaqda gətirə bilməzsiniz. İstər üzərinizdə istərsədə çantanızda. Heç bir halda icazə verilmir.
Adada haranı gəzə bilərik?
Siz həmçinin bu adada ən qədim Mayaklardan olan Çilov mayakında görə bilərsiniz.
Ətraflı videoda: