Çin robot futbol turnirinə ev sahibliyi edib
Pekində robotların iştirakı ilə 3x3 futbol matçlarının nümayiş olunduğu ROBO Liqa turniri keçirilib.
SAVASHMEDİA.az bu barədə “Global Times” nəşrinə istinadən xəbər verir.
Bütün “futbolçular” insan müdaxiləsi olmadan süni intellekt tərəfindən idarə olunub. Hakimlər “futbolçulara” qarşı humanist davranış sərgiləyiblər.
Hazırda robotların bacarıqları beş-altı yaşlı uşaqların səviyyəsinə uyğundur. Onlar maneələri dəf etməkdə də çətinlik çəkirlər, buna görə də matç zamanı toqquşmalar baş verib.
Xatirə SADİQ