“Rusiya hər şeyi itirir” - Andrey Yermak
“Rusiyanın imperiya siyasəti geosiyasi sahədə müstəsna iflas nəticələr verdi”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak öz Telegram kanalında yazıb.
Prezident ofisinin rəhbəri Rusiyanın Ukraynaya hücumundan sonra əldə etdiyi “nailiyyətləri” sadalayıb: “Yaxın Şərqdə, Cənubi Qafqazda, postsovet məkanında nüfuz təsirinin itirilməsi, təcrid, döyüş meydanında milyonlarla insanın öldürülməsi, Rusiya ərazisinə zərbələr, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşması. Ukraynada müharibə davam edir, Kreml iqtisadiyyatının durğunluğu güclənir. Bunlar Putinin “uğurları”dır. Onların təbliğatı indiyədək güclü Rusiya haqqında yalanı davam etdirir. Amma fakta görə, Rusiya hər şeyi itirir. Reallıqdır. Və bu, hər bir rusiyalını yaxalayacaq”, - deyə Yermak vurğulayıb.
Xatirə SADİQ