Aİ üçtərəfli görüş üçün məkan axtarır
Avropa İttifaqı (Aİ) ABŞ, Ukrayna və Rusiya prezidentlərinin sammitinin keçiriləcəyi ilə bağlı məkan axtarışındadır.
SAVASHMEDİA.az bu barədə Sky News telekanalına istinadən xəbər verir.
Telekanal bildirib ki, hər şey Alyaskada sabahkı görüşün necə keçəcəyindən asılı olacaq. Lakin müttəfiqlər ikinci görüş üçün məkanın Avropada seçilməsi fikri ilə razılaşırlar. “Sabahkı görüş yaxşı keçərsə, Aİ və ABŞ-nin şənbə günü günortadan sonra hər üç liderin növbəti görüşü məsələsi üzrə toplantı keçiricək.
Zelenski bundan öncə görüşün Romada keçirilməsini təklif etmişdi. Lakin Fransa, Finlandiya, İspaniya və Almaniya kimi ölkələr hesab edir ki, Cenevrə kimi daha neytral yer seçilməlidir.
Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul danışıqlarını dəfələrlə təşkil edən Ankara isə iki dəfə bəyan edib ki, 3 liderin görüşü president Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Türkiyədə baş tuta bilər.
Xatirə SADİQ