ABŞ prezidenti Ukrayna heyətini sevindirib 

Ukrayna nümayəndə heyəti ABŞ prezidenti Donald Trampla dünənki onlayn söhbətdən sonra özünü gur alqışlardan saxlaya bilməyib. 

Aug 14, 2025 - 17:19
ABŞ prezidenti Ukrayna heyətini sevindirib 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. 

Nəşr qeyd edib ki, bu, ABŞ prezidentinin Putinlə görüşdə ərazi məsələlərini müzakirə etməyəcəyinə, dərhal atəşkəs əldə etməyə çalışacağına söz verməsindən sonra baş verib. 

“Həm Tramp, həm də onun avropalı həmkarları bildiriblər ki, məhz ABŞ prezidentinin sanksiyalar təhdidi Putini danışıqlar imkanını axtarmağa vadar edib. Danışıqların uğurundan razı qalan Ukrayna nümayəndə heyəti videokonfrans başa çatdıqdan sonra sürəkli alqışlar nümayiş etdirib”.

Xatirə SADİQ