Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq - Avropa Komissiyası
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək və ya yumşaltmaq niyyətində deyil, əksinə 19-cu sanksiyalar paketi hazırlayır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibinin müavini Arianna Podesta bildirib.
Onun sözlərinə görə, 19-cu sanksiyalar paketi 2025-ci ilin sentyabrında qəbul oluna bilər.
“Müsaidənizlə dəqiq deyim. Avropa Rusiyaya təzyiqi davam etdirəcək. Biz artıq 18 sanksiya paketi qəbul etmişik və 19-cunun üzərində işləyirik. Biz bilirik ki, sanksiyalar işləyir və biz Rusiyaya təzyiqi saxlayacağıq. Qalan hər şey sırf spekulyasiyadır. Reallıq: Avropa Rusiyaya tam təzyiqi saxlamağa davam edir”, - deyə Podesta vurğulayıb.
Xatirə SADİQ