SEPAH-a yaxın qəzet "qisas siyahısı" dərc etdi - 11 dünya lideri ÖLDÜRÜLƏCƏK + ADLAR
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Həmşəhri" (Hamshahri) qəzeti "Qisas qaçılmazdır" başlığı ilə məqalə dərc edib.
SAVASHMEDİA.az xəbər verir ki, nəşr İranın fiziki cəhətdən məhv etməli olduğu siyasilərin adlarının yer aldığı siyahını yayımlayıb.
Siyahıdakı şəxslərin adlarını təqdim edirik:
1. Donald Tramp – ABŞ Prezidenti;
2. Benyamin Netanyahu – İsrailin Baş naziri;
3. İsrail Kats – İsrailin müdafiə naziri;
4. Eyal Zamir – İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
5. Marko Rubio – ABŞ dövlət katibi;
6. Pit Heqset – ABŞ müdafiə naziri;
7. Maykl Kurilla – ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı;
8. Kir Starmer – Böyük Britaniyanın Baş naziri;
9. Emmanuel Makron – Fransa Prezidenti;
10. Fridrix Merts – Almaniya Kansleri;
11. Corca Meloni – İtaliyanın Baş naziri.
Məqalədə adıçəkilən şəxslər İran əleyhinə fəaliyyət göstərməkdə ittiham edilir. Bununla belə, siyahının dərc olunması İran hakimiyyətinin həmin şəxslərə qarşı rəsmi əməliyyat qərarı qəbul etməsi anlamına gəlmir. Hazırda bununla bağlı Tehran tərəfindən hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, "Həmşəhri" İranın rəsmi dövlət və ya SEPAH-ın rəsmi nəşri deyil. Qəzet Tehran bələdiyyəsinə məxsusdur və uzun illərdir hakimiyyətə yaxın, mühafizəkar mövqeyi ilə seçilən nəşrlərdən hesab olunur.
Oğuz